Vergi orqanlarına bildirilməli olan icazələrin siyahısında dəyişiklik edilib

0
IMG_7476

Nazirlər Kabineti 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda dəyişiklik edib.

24xeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara görə, artıq yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə deyil, qazın saxlanmasına icazə ilə bağlı məlumatlar da vergi orqanlarına göndərilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir