Minimum əməkhaqqının məbləğinə dair mühüm qərar – Parlament təsdiqlədi

0
IMG_7477

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

24xeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Belə ki, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Layihə səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir