Abşeronda 43 yaşlı qadın faciəli şəkildə öldü

0
IMG_7426

Abşeronda 43 yaşlı qadın dəm qazından boğulub.

24xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.

Həmin evdə yaşayan 1983-cü il təvəllüdlü E.Seyidova dünən axşam saatlarında evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir