Kürdəmirdə “Prado” aşdı – 4 nəfər xəsarət aldı

0
IMG_7344

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

24xeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, qəza rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir