Ağdaş rayonundan elektron poçtumuza foto göndərilib. Fotoda görüntüsü əks etdirilən yer 20 Yanvar şəhidi Müşfiq İsayev adına olan rayonun ikinci böyük Prospektidi. Prospekt sözün əsl mənasında zülmətə qərq olub.
Uzun müddət Ağdaş rayonuna başçılıq etmiş Tofiq İbrahimovun vəzifədə olan zamanında belə “işıq üzü” görməyən küçə yenə də zülmət içindədi.
Küçənin işıqlandırmasının olmamasının səbəbini bilinməsədə küçənin zülmət qaranlıq olması əhaliyə çətinlik yaradır.
Deyir bir restoranın təmiz olub olmamasını restoranın mətbəxinə baxmaqa ehtiyyac yoxdu. Restoranın tualetinə baxmaq kifayət edir.
Bir rayona da daxil olan zaman rayonun giriş küçəməsindən bilmək olur ki, rayonda infrastruktur hansı vəziyyətdədi.
Nəzərinizə çatdırıq ki, Müşfiq İsayev küçəsi rayonun Yevlax, Mingəçevir tərəfdən girişindən “Universam küçəsinə” qədər olan məsəfədi.