Mingəçevir şəhəri Azərbaycanda ən təmiz şəhər kimi tanınır. Amma təssüfflər olsun ki, bu kimi məmurlar maddi maraqlarına görə şəhərin müəyyən yerlərini pis günə qoyurlar.
Yaxşı yol tapıblar məmurlar qanunsuz bir iş görmək istədikdə ilk ağıllarına gələn Şəhid ailələri və qazilərdi. Misal üçün bir neçə gündür ki, Mingəçevir şəhərin də yerləşən Dövlət Dram Teatırının həyətini iaşə obyekti kimi icarəyə verilməsi haqqında media da yazılar gedir. Özü də ki müharibədə iştirak etmiş qaziyə icarəyə verilib.
Məgər insanlar məsuliyyət hissi nədir bilmirlər?
Teatırın binası dövlət tərəfindən qorunan bir binadı. Kim zamin dura bilər ki, insanların istifadə etdiyi bir obyektdə hadisə olmayacaq. O, zaman kim cavab verəcək? Bəlkə düşünürlər ki, elə bir şey olsa yuxarı dairələrdə olan “day-dayıları” onları qurtaracaq? Xeyir əsla elə ola bilməz. Çünki artıq əvvəlki zamanlar deyil.
Son zamanlar elektron mediada adı çəkilən yer ilə bağlı gedən yazılardan sonra saytımızın əlaqə nömrəsinə saysız hesabsız zənglər, mesajlar gəlməkdədi. Redaksiyamıza gələn zənglərdən və mesajalardan məlum olur ki, teatırın ərazisində obyekt işlədən şəxs müharibə iştirakçısı, qazidi. Var olsunlar, şəhidlərimiz və qazilərimiz haqq savaşında ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Biz də bir xalq olaraq onlara mənəvi borcumuz var. Amma bu o, demək deyil ki, hər hansısa statusa sahib olan şəxs qanunsuz hərkətlər etməlidi. Bu məqamda Ulu Öndər Heydər Əliyevin gözəl bir sözünü xatırladım. Ulu Öndər Heydər Əliyev hakimiyyəti dönəmində qanunsuz işlər görən məmurlar haqqında danışan zaman belə bir ifafə işlətmişdi. “Mən hakimiyyətə gələndə kimdə Heydər, Heydər deyib qışqırıbsa bu o, demək deyil ki, indi qanunsuzluq edə bilər”.
İndi eyni ilə elə bir vəziyyət alınıb. Beləki yazılarımızdan və video sujetlərdən sonra bizə zəng edən qazilərdi. Nə üçün? Nə səbəbə qazilər zəng edir? Yoxsa İntiqam Soıtan etdiklərinin yalnış olduğunj bilib qazilərə “sığınır”? Nə üçün bir açıqlama vermir? Bəlkə İ.Soltan özüdə rəhbərlik etddiyi müəissədə baş verənlərin qanusnuz olduğunu bilir?
Bu məsələdə araya atılan “qazi” məsələsinə gəldikdə isə Mingəçevir şəhərinin 47 km² ərazisi var. Yəni mütləqdir ki, Dövlət Dram teatırının ərazisndə işləməlisiniz? Mən də olan məlumata görə Mingəçevir şəhər icra hakimiyyəti tərəfindən şəhər əhalisinin sosial durumunun yaxşılaşdırılması üçün bütün köməkliklər göstərilir. İcra hakimiyyətinin başçısı İlham İsmayılov Şəhid ailələrinə, qazilərə xüsusi həssaslıqla yanaşır. Yəni şəhər icra hakimiyyətinə müraciət etsəniz sizi əmin edirəm ki, sosial durumunuzun yaxşılaşdırılması yönün də sizə yaxından köməklik göstəriləcək.
Sizin hansısa səsndləriniz qaydasında ola bilər, dövlətin verigisini də vaxtında ödəyə bilərsiniz. Amma bu o, demək deyilki siz Dövlət tərəfindən qorunan bir ərazidə iaşə obyekti aça bilərsiniz.
Bu məsələ ilə bağlə artıq Mədəniyyət Nazirinə deyil, biz başa ölkə rəhbədliyinə müraciət ünvanlanacaq. Çünki biz zaman-zaman nazirlərin də qanunsuzluq etdiyinin şahidi olmuşuq.
Hörmətlə “Aran Media” komandası..