Həyat möcüzəli bir aləmdir. Bu aləmi yazıçı və şairlər öz bədii, poetik əsərləri ilə əks etdirdiyi kimi, rəssamlar da yaratdıqları müxtəlif tablolarda onu verə bilirlər.
İstedadlı rəssam insan qəlbini riqqətə gətirən təbiətin ecazkar lövhələrini elə məharət və ustalıqla təsvir edir ki, izləyici bu təsvirə heyran qalır. Belə rəssamlardan biri də Mingəçevir şəhərində yaşayan və yaradan 36 il dayanmadan öz sevimli peşəsini yaşadan, görmə qabiliyyətli rəssam Natiq Vəliyevdir.
Bu günlərdə rəssamla həmsöhbət olduq. Rəssamın dediyinə görə o, təvazökarlıqdan uzaq olsa da, rəssamlıq sənətinin bütün sahələrində işləmək bacarığına malik olduğunu bildirir. Baxmayaraq ki,gözünün nurunu itirib, amma buna baxmayaraq öz sevimli peşəsindən əl şəkməyib. Gəlin bu maraqlı adamla yaxından tanış olaq.
Natiq Vəliyev Mingəçevir Mərkəzləşdirilmiş kitabxana sistemində tərtibat işləri üzrə icraçı rəssam kimi çalışır.1988-ci ildən elə təyinatıda bu kitabxana sisteminə verilib.Rəssam hər cür janrda rəsmlər çəkir.
Sovet dövründə bir çox çəkdiyi əsərlərdən ibarət sərgisi təşkil olunub. Amma o vaxtı rəssam kimi ona heç bir dəstək olmayıb.Elə bu günə qədər də rəssama Mədəniyyət nazirliyi tərəfindən sənətinə qiymət verilməyib.Buna baxmayaraq daim sənətindən mənəvi zövq alan rəssam heç vaxt fırçasını yerə qoymayıb. Yenə də bir-birindən maraqlı əsərlər yaratmağa davam edib.
Rəssama ünvanladığımız Mingəçevirdə bu sənətə maraq hansı səviyyədədir sualına … ətraflı video –sujetdə
Esmira Hidayətova,Mingəçevir.