Şəhərin bir neçə məhəlləsinə oturacaqlar və söhbətgahlar qoyulub.
Mingəçevirdə abadlıq-quruculuq işlərinin aparılmasında Mingəçevir Bələdiyyəsinin özünməxsus rolu var. Belə ki, Bələdiyyə tərəfindən ayrı-ayrı vaxtlarda şəhərin istirahət məskənlərinə əlavələrin edilməsinə, yaşayış binalarının qarşısında oturacaq və söhbətgahların qoyulmasına, xeyir-şər mağarlarının təmir olunmasında köməkliklər göstərilir.
Mingəçevir Bələdiyyəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də sakinlərə həssaslıqla yanaşmaq, onların təklif və müraciətlərinə əsasən istəklərini həll etməkdir. Ötən illər ərzində şəhərin bir çox binalarının qarşısına vətəndaşların istəyinə, müraciətinə uyğun olaraq oturacaqların və kölgəliklərin qoyulması təmin edilib ki, bu da sakinlər tərəfindən razılıqla qarşılanır.
Aran Media məlumat verir ki, sentyabrın ayının 17-də Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin, sədr müavini Əli Əliyevin,şöbə müdiri Zahid Qasımlının,bələdiyyə qulluqçularının və mətbuat nümayəndələrinin iştirakı ilə yeni bir layihənin icrası baş tutub.Belə ki, sakinlərin müxtəlif vaxtlarda etdikləri müraciətlərinə əsasən şəhərin fərqli məhəllərinə yeni və gözəl tərtibatla hazırlanmış oturacaqların və kölgəliklərin qoyulması prosesi həyata keçirilib.
İlk olaraq M.Maqomayev küçəsindəki 48, 50, 54 saylı, M.F.Axundov küçəsindəki 16, 18 saylı, 20 Yanvar küçəsindəki şəhid ailələri və qazilər üçün inşa olunmuş 9 saylı yaşayış binalarının qarşısına ümumən 5 ədəd söhbətgah və 20 ədəd oturacaq qoyulub.
Tədbirdə iştirak edən binaların sakinlərin göstərinlən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev tədbir zamanı bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə vətənimizin bütün bölgələrində abadlıq-quruculuq işlərinin aparılması, xüsusən də vətəndaşların rifah halının yaxşılaşdırılması ürəkaçan hadisələrdəndir. Bildiyiniz kimi, Mingəçevir şəhərində şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq abadlıq işlərinin sahəsi genişlənir. Mingəçevir Bələdiyyəsi bu işlərə davamlı olaraq töhfələr verməkdədir.
Heydər Əliyev prospektində, bələdiyyənin inzibati binası ilə paralel olan park-xiyabanda yay aylarından yeni layihənin icrasına başlanıb. İşlərin keyfiyyətlə aparılmasına, şəhərimizin gözəlliyinə əlavələrin edilməsinə, buradakı yaşıllıq zolaqlarının daha da zənginləşdirilməsinə xüsusi diqqət göstərilir. Fəaliyyətimizin əsas sahələrindən biri də yaşayş binalarının qarşısına sakinlərin istək və arzularına uyğun olaraq, sizlərin rahat və mənalı istirahətiniz üçün oturacaqların qoyulmasını, kölgəliklərin hazırlanmasını təmin edirik. Bu işlər davam etməkdədir. Gələcəkdə ayrı-ayrı binaların qarşısında oturacaqlar və kölgəliklərin qoyulmasına nail olacağıq, əsas məqsədimiz üzərimizə düşən vəzifəni layiqincə icra etməkdir.