Saytımızın mesaj qutusuna Mingəçevir şəhər Rəsul Rza küçəsində çəkildiyi idda edilən video göndərilib. Şəhərdə mövsüm ilə əlaqəli olaraq bu kimi hallar tez-tez baş verməkdədi. Bu kimi hallarla rastlaşdıqda Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Tənizlik idarəsinin məsul şəxsləri tərəfindən zaman-zaman məsələ ilə bağlı verilən açıqlamada bildirilir ki, payız mövsümü ilə əlaqədar olaraq yarpaqlar normada çox tökülür və texnikaların sayı az olduğundan yığıb çatdıra bilməyirik. Mingəçevir şəhər icra hakimiyyəti YSTİ iddia edir ki, vaxtında toplana bilməyən xəzəllər şəhər sakinləri tərəfindən yandırılır. Sual doğuran məqam budur ki, ölkənin ən təmiz şəhərlərindən biri olan Mingəçevir şəhərini bu günə qoyanlar kimlərdi?
Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ədalət Əliyev cənablarından günahkarın tapılması yönündə yaxından köməklik göstərilməsini xahiş edirik!
24xeber.az olaraq sözü gedən video görünrünü təqdim edirik..