Mingəçevirdə: Üfunət dolu zirzəmilər, təmirsiz binalar, istismar müddətini başa vuran kanalizasiya sistemi
60 ildən artıqdır bina tikilib, bir dəfə də olsun təmir olunmayıb:
“Hər yer pis qoxu, üfunət, anti-sanitariyadır
“Şüşələr ya yoxdur yada qırıq-qırıq, pəncərələr nə gündə, həyətin istirahət etmək üçün şəraiti, uşaqlar üçün oyun meydançası yox. Zirzəmilərin işıqlandırması belə yoxdur. Necə yerdə şəhid bulağı var, işləmir heç biri. Deyirik aidiyyəti qurumlara ki, düzəldin, dəyişin. Deyirlər “sizin binanın növbəsi çatmayıb hələ”. Çatmayıb deyə ölək anti-sanitariyadan, şəraitsizlikdən? İcra hakimiyyətinə dəfələrlə demişik, yazmışıq, xeyri yoxdur
Mingəçevir şəhər Nizami 14 drob 7- binanin sakini
Sədiyar kisi deyir ki bu evi ötən ilin Sentyabr ayında almışam. Bir ildən artıqdır ki, problemlə üz-üzəyik. Birinci mərtəbəni satıb gəlib üçüncü mərtəbədən almışam, düşmüşəm tələyə. Sən demə, ev sahibi zirzəmiyə görə satırmış. Artıq anti-sanitariyadan xəstəlik tapmışıq.