Yanvarın 20-də Mingəçevir şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə anma mərasimi keçirilib.
24xeber.az xəbər verir ki, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisi səsləndirilib.
Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyətin nümayəndələri abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə 34 il əvvəl keçmiş sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salınıb. Qeyd edilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.
Son dəqiqə
- Beyləqanda saxlanılan şəxsdən 3 kiloqram tiryək aşkarlanıb -VİDEO
- Bu gün Azərbaycan Prokurorluğunun yaranmasının 106 ili tamam olur.
- Nazir Mingəçevirdə vətəndaş qəbulu keçirəcək
- Mingəçevir şəhər Təhsil sektorunda nələr başverir?
- 27 sentyabr Anım günü münasibəti ilə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi – FOTO – VİDEO
- “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda seminar keçirilib.
- Qaranlıq dünyanın işıqlı adamı FOTO -VİDEO
- Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıb -VİFEO