5 Oktyabr gələndə müəllimləri təbrik etmək əvəzinə,müəllimlərin tam əsəbini tarıma çəkirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin bir qrup əməkdaşları bir neçə məktəbə daxil olub, müəllimlər günü münasibətilə pul yığımına qarşı monitorinq keçiriblər.
Gah müəllimlərə izahat yazdırırlar ki,yazın:
Mən pul yığmayacaq, hədiyyə götürməyəcəm.
Gah da sinfə girib,salam vermədən,icazə almadan,özlərini təqdim etmədən,sovet dövründən qalmış silist edirlər.
Hələ bunları tələb edən müəllimləri təhqir edib,üstəlik müəllimin üstünə şər yıxmağa cəhd ediblər ki, müəllim təhqirə yol verib.
1.Pul yığılmaya görə faktın varsa, konkret kim alıb,kim istəyib, onun yaxasından tutub,cəzalandırın.
2.Monitorinq keçirmək nə deməkdir?
Dərsi pozub,silist etməklə nəyə nail olmaq olar?
3.İzahat yazmaq, altından imza çəkdirmək nə üçündür?
4.İzahat yazmayan,imza çəkməyən pul yığsa ,cəza vermək olmur?
5.İmza atana nə dərəcədə inandınız ki,pul yığmayacaq?
6.Gələn həzrətlərə kim səlahiyyətlər verib ki, müəllimin dərsini pozur?
7.Siz izahat yazdırmaqla,imza atdırmaqla o müəllimi təhqir edilmiş hesab etmirsiniz?
8.İldə bir dəfə müəllim günü olur,onu da müəllimə çox görürlər?
Tutaq ki,bir valideyn 10 manat pul xərclədi.
İnanın,o pulu 100 yerdə xərcləyir,özü də lazımsız yerlərə.
Ay anam,ay qardaşım, vermə!
Verib da dalda gedib şikayət etmə!
İnsanlığın olsun!
Bu müəllimləri nə qədər təhqir edəcəksiniz?
Müəllim ildə bir dəfə hədiyyə almasa, iqtisadiyyat, maliyyə düzələcək, bütün məmurlar vicdanla işləyəcək?
Qarşıdan soyuq qış gəlir,istilik haqqında monitorinq keçirin.
Bufetdən çıxan iy qox
dan dayanmaq olmur,onun monitorinqini keçirin.
Məktəblərə illik planlaşdırma verilməyib,onun haqqında tədbirlər görün.
Dəyərli həmkarım almayan,o hədiyyəni,bunu Sidq ürəklə vermirlırsə,almayan!
Vallah irin qandır.
Onsuzda gələn gedən müəllimi təhqir edir.
Arvadından qorxub söz deyə bilməyən,işdə müdirinə hirslənib, amma hər şeyi susub,sinirən, haqqını deməyə cəsarəti olmayan, oğluna,qızına,gəlininə,qaynanasına sözü keçməyən,idarələrin qapılarında saatlarla növbə gözləyən,müdirinin otağına əyilə əyilə girən,pirdən çıxan kimi xərçəng kimi arxası ilə qapıdan çıxan rahatlıqla biz müəllimləri söyüb, günahkar çıxara bilir.
Bizim böyük böyük idarlərimizdə kor bağırsaq kimi biz müəllimləri kəsib tullaya bilir.
Almayın,o zəhər,zəkkutun hədiyyələri!
Atanız,ananız,əriniz,
arvadınız,övladınız təbrik etdi sizə bəsdir!
Hər il eyni proses.
Umumiyyətlə, müəllimlər günü ləğv edilsin!
Hansı gününüzə gün qeyd edirsiniz?