İki şəhid vermiş ana müalicə aldığı xəstəxanada ziyarət olunub.
Avqustun 7-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev səhhətləri ilə əlaqədar Mingəçevir Mərkəzi Xəstəxanasında müalicə alan hər iki övladını şəhid vermiş Sevinc Əhmədovanı və1-ci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Xəlilova Arzu xanımı ziyarət etmişlər və onların səhhətləri ilə maraqlanmışlar.Şəhər rəhbəri hər zaman olduğu kimi, yenədə bu qəbilədən olan insanlara hər zaman qayğı göstərmələrini, diqqət ayırmalarını bildirib.
“Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktor əvəzi Ülfət Qurbanov şəhid anasının,şəhid ailəsinin müalicə olunan xəstələrin səhhəti barədə məlumat verərək vəziyyətlərinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.