Müştərinin “Bazarstor” marketindən aldığı “Best Beef Servalat” qoyun kolbasasının içindən şüşə çıxıb.
Xanım alıcı bu barədə sosial şəbəkədə paylaşım edib.
“Həzi Aslanovda yerləşən “Bazarstor”dan aldığım kolbasanın içindən şüşə çıxdı, əməlli-başlı iri şüşələr idi. Bununla bağlı şikayət etdim, amma bilmirəm, nə tədbir görəcəklər. Məhsulun şəklini çəkdim, çeklə birgə marketə getdim, məhsulu da aldılar, çeki də. Bu hadisədən o qədər qorxdum ki, indi uşaq ağlasa da, kolbasa vermirəm”, – deyə o bildirib.
Şüşəli kolbasanın fotolarını təqdim edirik: