20.01.2024 tarixində metronun Həzi Aslanov və Dərnəgül stansiyaları arasında reysi yerinə yetirən 0108 nömrəli qatarda olan məlumatlandırıcı manitorlar işləmirdi. Mən anlayıram ki, bu gün 20 Yanvar ümumxalq hüzün günüdü və şəhidlərimizə hörmət əlaməti olaraq qatarlarda stansiyaların adı söylənən zaman qatarda səslənən musiqilər dayandırılır. Amma bu o, deyil. Qatarın daxilində olan məlumatlandırıcı manitorlar işləmirdi. Bir anlığına sanki 90-cı illərə getmişdik. Qatarda hamı biri-birindən növbəti stansiyanın hansı olduğunu soruşurdu. Ola bilsin ki, metropoliten rəhbərli monitorların qatar resyə buraxıldıqdan sonra xarab olduğunu qeyd edə bilər. Amma onu da bildirək ki, nasazlıqdan maşinist məlumatlı idi. Çünki stansiyaların adlarını maşinist özü deyirdi.
Görəsən hər il qiymət artımı ilə tarif şurasına müraciət edən və metropolitenin datasiya ilə işləməsi üçün müraciət edən rəhbərlik nə üçün əhaliyə xidmət üçün istismara yararsız qatarları xəttə buraxır?