Birdimi-ikidimi..
Hələ də öz peşəndə gümrah, gənc görünürsən,
Bəsdi də qoca yaltaq.
Allahhaqı qıraqdan çox iyrənc görünürsən.
Bəsdi də qoca yaltaq..
Bu yolun sonu yoxdur, deyim, bil, bəyan olsun,
Bəsdi də qoca yaltaq..
Arvad uşaq baxır ey, bir abrın, həyan olsun.
Bəsdi də qoca yaltaq
Hamı gözəl bilir ki, kimsən və kimə nəsən,
Bəsdi də qoca yaltaq.
Gələcək nəsillərə, çox axmaq nümunəsən.
Bəsdi də qoca yaltaq.
Belin əyri qalıbdır, səbətini qoy, yerə,
Bəsdi də qoca yaltaq.
Heç olmasa bu yaşda sənətini qoy yerə.
Bəsdi də qoca yaltaq.
Alıbsan ey, nə varsa maşından pula kimi,
Bəsdi də qoca yaltaq.
Düşübsən ortalığa, yenə də tula kimi,
Bəsdi də qoca yaltaq
Deyim ki, kef çəkərsən, heç o bədən də yoxdur.
Bəsdi də qoca yaltaq.
Səni bu yaltaqlığa məcbur edən də yoxdur.
Bəsdi də qoca yaltaq.
Vətən səni qoç kimi ömrün boyu bordadı,
Bəsdi də qoca yaltaq.
Bir ayağın burdadı, bir ayağın gordadı.
Bəsdi də qoca yaltaq.
Bəsdi də qoca yaltaq..