Sabah – noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmayacağı məsələsi daxil edilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.