Saatlıda avtomobil yanıb kül oldu

2h14yVNSvK6LClFrkXMUblBwOFqgC1VlBxmdp5gy_1200


Saatlı rayonunda yanğın hadisəsi olub.

VAZ markalı minik avtomobili hərəkətdə olarkən qəfil alovlanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar və yanğın söndürülüb. Hadisə nəticəsində avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.