Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

HTu1q7wO8SteygfpT1FveETlgstptBDPlGFqYqF7_1200


“Apple” texnologiya korporasiyası olan “Nvidia”nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub.

24Xeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, “Apple”ın bazar kapitallaşması 5.03 trilyon dollar səviyyəsində qərarlaşıb. Çip istehsalçısı “Nvidia”da isə bu rəqəm 4.93 trilyon dollar təşkil edib.

Xatırladaq ki, “Apple” sonuncu dəfə iyul ayının sonlarında rəqibini üstələməyi bacarmışdı.

Nəşr “Apple”ın dünyanın ən bahalı şirkəti adını geri qaytarmasını investorların süni intellekt sahəsinə investisiyalarla bağlı tərəddüdləri ilə əlaqələndirir.

Agentliyin məlumatında vurğulanır ki, investorlar “iPhone” istehsalçısının səhmlərini hazırda daha təhlükəsiz və etibarlı yatırım vasitəsi hesab edirlər.