Kvaratsxeliya PSJ-dəki sərt rəqabətdən danışdı: “Bir səhv kifayətdir”
PSJ-nin vingeri Xviça Kvaratsxeliya baş məşqçi Luis Enrikenin onun futbola münasibətinə təsiri barədə danışıb.
24Xeber.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir.
“Napoli”də mən başqa oyunçu idim. Buraya gəldikdə komandanın işə necə fədakarlıqla yanaşdığını və mənə necə hörmət etdiyini anladım. Luis Enrike ilə işləyərkən başa düşdüm ki, bütün gücümü ortaya qoymalıyam, çünki buradakı hər bir oyunçu start heyətində meydana çıxmağa qadirdir. Bir səhv etmək kifayətdir ki, ehtiyat oyunçular skamyasında əyləşəsən”, – deyə gürcü futbolçu vurğulayıb.
Xatırladaq ki, Kvaratsxeliya 2026-cı ilin “Qızıl top” mükafatına 30 namizəd arasında yer alıb. Ötən mövsümdə keçirdiyi 48 matçda 19 qol vurub və 11 məhsuldar ötürmə edib.