Bakıda 88 yaşlı qadın evində ölü tapıldı

2D36yMrLlR9ygXIzszY9i7iAb62Nx7is1ntgCNTr_1200

Bakıda 88 yaşlı qadın evində ölü tapılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Raisa Takayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.