Bakıda 56 yaşlı kişi bulvarda öldü

QzIyrKwKEusV6AJLnwbvKhRfKyxRYQEfcRiey0cH_1200

Bakıda meyit tapılıb.

24Xeber.az -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində baş verib.

Parkın ərazisində orta yaşlı kişinin meyiti aşkar edilib. Araşdırmalarla həmin şəxsin 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşadət Mehdi oğlu Əlizadə olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimala görə, R.Əlizadə park ərazisində ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.