İran Hörmüz boğazını yenidən bağladı
Hörmüz boğazı akvatoriyasında xəbərdarlıq atəşləri açılıb və İran ordusu radio vasitəsilə gəmilərin əraziyə yaxınlaşmasına qadağa qoyulduğunu elan edib.
24Xeber.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.
İranın Fars Körfəzi Boğazı İşləri üzrə İdarəsi (PGSA) “X” platformasında bildirib ki, gəmilərin ərazidən keçidi yalnız əvvəlcədən müraciət edildiyi təqdirdə mümkündür.
Məlumata görə, müəyyən edilmiş şərtlərə tam əməl olunduğu hallarda müraciətlər təmin ediləcək.