İTV-nin yeni baş direktoru seçildi

Xg7QjM4AsYG1mTyUYLc3IXNDeQ3ViEqrcptqkDMT_1200

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

24Xeber.az  xəbər verir ki, Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında şuranın səkkiz üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İTV-nin yeni baş direktoru seçildi - FOTO

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak ediblər. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.

Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə, Yayım Şurasının doqquz üzvündən ən azı altısının səsini alan iddiaçı baş direktor seçkisini qazanır.

Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən dörd il müddətinə seçilir.