Böyük Qayıdış davam edir: Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

daUWlxx9qHQFrFGsyXQow772tftySeX6USVQ7Oij_1200

Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

24Xeber.az  “Report”a istinadən xəbər verir ki, artıq 17 ailənin (65 nəfər) Xocavənd şəhərinə daimi qayıdışı təmin olunub.

Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bununla Xocavənd şəhərinə köçürülən ailələrin sayı 348-ə (1354 nəfər) çatıb.