Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı

hfpi4QrDOs6xNsyFPBfskI1hVWtYwZmczsE5ClxQ_1200

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb.

24Xeber.az  “Teleqraf”a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 “q” sinfinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - FOTO