ABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu

10P9EJMm8TeG2vmvkIFgGAjW5u5Q8XwobnZqgK0U_1200

“ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır”.

24Xeber.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

“Vaşinqton yaxın vaxtlarda Havanaya qarşı hərbi əməliyyatların aparılması ehtimalını araşdırmır. Baxmayaraq ki, ABŞ Prezidenti Donald Tramp “Kuba növbəti hədəf olacaq” təhdidini dəfələrlə təkrarlayıb”, – deyə agentliyi məlumatlandıran mənbə bildirib.

Lakin “Associated Press”ə danışan mənbənin sözlərinə görə, Tramp istənilən anda fikrini dəyişə də bilər.

Daha əvvəl Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Trampdan Vaşinqtonun Kubaya müdaxilə niyyətinin olmadığına dair təminat aldığını bildirmişdi.

“Əgər onun sözlərini mənə düzgün tərcümə ediblərsə, Tramp dedi ki, Kubaya müdaxilə etmək niyyətində deyil”, – deyə Silva açıqlama vermişdi.