“Bitcoin” sürətlə bahalaşır
Kriptovalyuta birjasında keçirilən ticarət əməliyyatında “Bitcoin”in dəyəri 31 yanvar 2026-cı ildən bu yana ilk dəfə olaraq 82 min dollar həddini aşıb.
24Xeber.az xəbər verir ki, bu göstəricilər məşhur “Binance” ticarət platformasının statistik rəqəmlərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 14:09-da qeydə alınan nəticələrə əsasən, rəqəmsal valyuta 1.68% bahalaşaraq 82 018 dollara yüksəlib.
Saat 15:30 radələrində isə “Bitcoinin” qiymətindəki müsbət dinamika davam edərək məzənnəsini 82 850 dollara (+2.14%) qədər artırıb.