Ələ keçirilən İran tankerlərindəki neftin taleyi necə olub?
ABŞ Hind okeanında ələ keçirilən İran tankerlərindən əldə edilmiş neftin böyük hissəsini özünə götürüb.
24Xeber.az -ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Salem News Channel” telekanalına müsahibəsində deyib.
“Bunun böyük hissəsi ABŞ-yə daxil olur”, – deyə o bildirib.
Mayın 1-də Florida ştatının Uest-Palm-Biç şəhərində yerli “Forum” klubunun üzvləri ilə danışan Tramp etiraf etmişdi ki, ABŞ hərbçiləri İran neftini daşıyan tankerləri ələ keçirərkən özlərini piratlar kimi aparıblar.