Çində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindi
“China Eastern Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması qəsdən törədilmiş hərəkətin nəticəsi ola bilər.
24Xeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) açıqladığı yeni məlumatlarda göstərilib.
Qeyd olunur ki, təyyarənin qəsdən dağlara tərəf yönləndirilməsi ilə bağlı uzun müddətdir davam edən şübhələr təsdiqlənib.
Hadisə 2022-ci ildə baş verib və nəticədə 132 nəfər həlak olub.
Xəbərdə bildirilir ki, ekipaj üzvləri arasında təyyarənin idarə olunması uğrunda mübarizə gedib.
Uçuş qeyd cihazlarının təhlilinə görə, pilotlardan biri təyyarəni yerə endirməyə çalışıb, digəri isə dik eniş edərək idarəetməni qoruyub saxlayıb. Qəzadan bir neçə dəqiqə əvvəl hər iki mühərrik əl ilə söndürülüb, avtopilot isə deaktiv edilib.
Ekipaj təhlükə siqnalı verməyib. Bundan əlavə, Çin aviasiya qurumları texniki nasazlıqlara dair heç bir sübut tapmayıblar.
Təyyarə qəzası 2022-ci il martın 21-də baş verib. Laynerin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olmaqla, ümumilikdə 132 nəfər olub. Kunminqdən Quançjoua uçan “Boeing 737” Çinin cənubunda qəzaya uğrayıb. Layner gözlənilmədən kəskin enişə keçib və böyük sürətlə dağa çırpılıb.
Daha əvvəl hadisənin ekipajın səhvi ucbatından baş verdiyi ehtimal olunurdu.