Donald Tramp sui-qəsd cəhdindən sonra ictimai fəaliyyətini dayandırır?
ABŞ Prezidenti Donald Tramp ona qarşı edilmiş uğursuz sui-qəsd cəhdindən sonra ictimai tədbirlərdəki iştirakını dayandırmaq fikrində deyil.
24Xeber.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Telekanal ABŞ liderinin yaxın ətrafına istinadən bildirib ki, Tramp son hadisənin onun prezidentlik yanaşmasını dəyişməsinə icazə verməyəcək. Telekanal, həmçinin əlavə edib ki, dövlət başçısının ictimai çıxışlarının qrafikində heç bir dəyişiklik edilməyəcək.
Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda D.Trampın da qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışma baş verib. Silahlı kişi zala girməyə çalışaraq atəş açıb və nəticədə məxfi xidmət əməkdaşını yaralayıb. Prezident heç bir xəsarət almayıb, şübhəli şəxs isə dərhal hadisə yerində həbs edilib. Hücum edən şəxsin 31 yaşlı repetitor və videooyun proqramçısı Koul Allen olduğu üzə çıxıb. Məlumata görə, o, 2024-cü ildə “Ayın müəllimi” mükafatına layiq görülüb və Kamala Harrisin seçki kampaniyasına maddi dəstək göstərib.