Ağsuda “Isuzu” qəzaya uğradı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
24Xeber.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da saat 13:50-də iki nəfər (kişi) Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxslərin müalicələri hazırda müvafiq şöbələrdə davam etdirilir”, – deyə məlumatda vurğulanıb.