Türkiyədə ağlagəlməz hadisə: Gənə dişləməsi 21 yaşlı gəncin ölümünə səbəb oldu

895NswLZ0oC6ZNpasMSaHm7o2rOQDh11LN4c1Vc8_1200

Türkiyə sakini gənə dişləməsindən sonra Krım-Konqo hemorragik qızdırmasından ölüb.

24Xeber.az  xəbər verir ki, bu barədə “Demirören” agentliyi məlumat yayıb.

Müayinə zamanı 21 yaşlı Süleyman Gülsündə sözügedən virus aşkarlanıb.

Bildirilir ki, ölən şəxs Türkiyənin şərqindəki Sivas bölgəsində heyvandarlıqla məşğul olub. O, yüksək hərarətdən şikayətlə xəstəxanaya müraciət edib. On gün sonra onun vəziyyəti pisləşib, buna görə də o, yerli universitetin tibb müəssisəsinə köçürülüb.

Həkimlər anestezioloji reanimasiya şöbəsində müalicə alan gəncin həyatını xilas edə bilməyiblər.