Malinin müdafiə naziri öldürülüb

6oWkVDkZLT0CAXWUeHf69okWhJyuiYeOsjOPa52L_1200

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.

24Xeber.az  xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, daha əvvəl ölkə rəsmiləri S.Kamaranın silahlıların hücumu zamanı sağ qaldığını iddia edirdilər.