Bakıda 64 yaşlı fəhlə faciəli şəkildə öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində tikinti zamanı baş verib.
Bakı şəhər sakini – 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə çırpılıb. O, aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırmalar aparılır.