Lənkəranda torpaq sürüşməsi yenidən aktivləşib

sdffZKcWcRUg9B45m28zaSMtNMFmwPI1qJKjCja7_1200

Lənkəran rayonu ərazisindəki Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.

24Xeber.az  “Report”a istinadən xəbər verir ki, rayonun dağlıq və dağətəyi hissəsində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.

Nəticədə bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edən həmin yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilib.