Ərdoğan: “Türkiyədə silaha sahib olma məhdudlaşdırılacaq”

SFtdzCkI4yd7zsLLhGq2gASUNotUePwaXBX34aA5_1200

“Türkiyə hökuməti ötən həftə məktəblərdə baş vermiş iki silahlı hücum hadisəsindən sonra sakinlərin odlu silaha sahib olmasını məhdudlaşdıran əlavə hüquqi tədbirlər görəcək və qaydaları pozan silah sahibləri üçün cəzaları sərtləşdirəcək”.

24Xeber.az  “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair bildirib.

O qeyd edib ki, aprelin 15-də Kahramanmaraş vilayətində məktəbdə baş vermiş insident nəticəsində doqquz nəfər həlak olub, 21 nəfər yaralanıb. Aprelin 14-də Şanlıurfa vilayətindəki məktəbdə isə 19 nəfər yaralanıb.

“Sosial şəbəkələrdə və rəqəmsal kommunikasiya platformalarında yalan, manipulyativ və zərərli məzmun yayan hesablarla bağlı zəruri tədbirlər görmüşük”, – deyə Türkiyə prezidenti bildirib.

R.T. Ərdoğan əlavə edib ki, ölkə rəhbərliyi “virtual patrul”u gücləndirmək və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik sahəsində potensialını artırmaq niyyətindədir.

“Məktəblər və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, yeni iş modellərinin hazırlanması da bu prosesdə atacağımız addımlardan biri olacaq”, – deyə o yekunlaşdırıb.