Tramp: “İsrail və Livan atəşkəs barədə razılığa gəliblər”

J7kb6cLBzHCtWctXf5ZoqPLJlORMegoqbmJhGeYl_1200

“İsrail və Livan atəşkəs barədə razılığa gəliblər”.

24Xeber.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

D.Trampın sözlərinə görə, o, Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları aparıb.

“İki lider ölkələri arasında sülhə nail olmaq naminə ABŞ-nin şərq sahili vaxtı ilə saat 17:00-da (aprelin 17-i Bakı vaxtı ilə 01:00-da) rəsmi olaraq 10 günlük atəşkəsə başlayacaqları barədə razılaşıblar”, – deyə Ağ Evin rəhbəri vurğulayıb.