Şahin Mustafayev: “Rusiya ilə idxal əməliyyatlarında rublun payı 83%-ə çatıb”

14YIhoUfw2wvZVuwZuI3JGtDU8FvADTrecENNfHW_1200

Azərbaycan və Rusiya arasında maliyyə sektorunda səmərəli əməkdaşlıq qurulub.

24Xeber.az  “Report”a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

“Xüsusilə, ikitərəfli ticarət çərçivəsində hesablaşmalarda Rusiya rublunun payı davamlı artım nümayiş etdirir: ixrac əməliyyatları üzrə 42%-ə, idxal əməliyyatları üzrə isə 83%-ə yüksəlib”, – deyə o qeyd edib.