ABŞ və İran atəşkəs müddətini uzadır?
ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi olaraq razılıq verməyib, lakin anlaşma üçün təmaslar davam edir.
24Xeber.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin əməkdaşı Barak Ravid yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai də yayılan məlumatları təsdiqləməyib:
“İndiyə qədər atəşkəsin uzadılması ilə bağlı heç bir fərziyyə təsdiqlənməyib və məsləhətləşmələr yalnız Pakistan vasitəsi ilə aparılır”.