Aprelin sonunda meteor “yağışı” müşahidə ediləcək

2dOEx2TuNlzirDsvV0Gu00ngGbcyIADLTbeRqA8x_1200

Aprel ayının sonunda “π-Puppid” meteor “yağışı” müşahidə ediləcək.

24Xeber.az  xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, prosesin maksimum aktivliyi isə 22-24 aprel tarixlərinə təsadüf edəcək.

Bu tip meteor axını əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür.

Belə ki, meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edirlər.

Həmçinin, çox açıq səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür.

Ən uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra olan intervaldır.