Alina Xələfova: “Vacib məqam odur ki, uşaqlar ideyalarını real səhnədə nümayiş etdirsinlər”
“Bugünkü startap forum sayca altıncıdır. Bizim məktəbin tələbələri münsiflər heyəti qarşısında iki kateqoriyada çıxış edirlər. Ümumilikdə isə bu gün 20 komanda səhnəyə çıxacaq”.
Bunu “MiniBoss Business School Baku”nun direktoru Alina Xələfova deyib.
O bildirib ki, birinci kateqoriyada 11, ikinci kateqoriyada isə 9 komanda yer alır:
“Birinci kateqoriya daha çox biznesə yönələn layihələr sayılır, ikinci kateqoriya isə həm qlobal, həm biznes ideyası olan proyektlərdir. Burada əsas vacib məqam odur ki, uşaqlar ilboyu işlədikləri ideyaları real səhnədəki çıxışda nümayiş etdirsinlər. Bu, onların bacarıqlarını inkişaf etdirir, biliklərini və özünə inamlarını artırır”.
“Bu layihələrə qrant ayrılacaq. Həmin vəsaitlə bu layihələr həyata keçir. İyun ayında milli çempionatda onlar artıq real məhsullarla münsiflərin qarşısında çıxış edəcəklər”, – deyə direktor bildirib.