Lənkəranda ağac hərəkətdə olan avtomobilin üzərinə aşdı, xəsarət alan var

UfzccRNHN0vG6PUoCp7HjDOio9h581vEDUJfeTDR_1200

Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.

24Xeber.az  “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, rayonunun Parakənd kəndi ərazisində baş verib.

Belə ki, Astara rayonunun Təngərüd kənd sakini 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi ilə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb.

Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və qızın qaynanası 1960-cı il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.