Nəriman Axundzadə MLS-də ikinci oyununa çıxdı, komandası qalib gəldi

pev6t81kEm28G7T1iVUSyIFAayybmPOKzZWFIgas_1200

ABŞ-nin “Kolambus Kryu” klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.

24Xeber.az  xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun “Atlanta Yunayted”lə səfər matçında meydana çıxıb.

O, 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyətidir.

Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.