Messi “İnter Mayami”nin yeni stadionda ilk qolunu vurub

eYm679YjBLSKkgHgT9yrW75nsYfsCPZoCZfDpKo5_1200

Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”nin yeni stadionu olan “Nu Stadium”da vurulan ilk qolun müəllifi olub.

24Xeber.az  xəbər verir ki, “İnter Mayami” yeni arenada ilk matçını keçirib.

Komanda MLS-in müntəzəm çempionatı çərçivəsində “Ostin”i qəbul edib. Messi 10-cu dəqiqədə fərqlənib. Görüş 2:2 hesabı ilə başa çatıb.

“Nu Stadium”un maksimal tutumu 26 700 nəfərdir. Əvvəllər “İnter Mayami” Fort-Loderdeyl şəhərindəki “Çeyz-Stedium”da çıxış edirdi.

Messi 2023-cü ilin yayından “İnter Mayami”nin heyətində çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir.