“Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

4fKbFP1VivnyLULIY8FFmFzCfQoBYT5OPeQwvznu_1200

Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.

24Xeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, hər iki komandanın meydanda layiqli mübarizə apardığını bildirib: “Biz məğlub olsaq da, azarkeşlərin oyunlarımızdan zövq almasını istəyirəm. “Sabah”a gəlincə, sonadək oyunda qalmağı bacardı. Bəlkə də onlar bizdən daha istəkli görünürdülər. Futbolçular da meydanda bir-birlərini yaxşı başa düşürlər”.