Prezident: “Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək”

Pc1uTzvtaey5co040DV2E7zIng8FsxeeRZYktLdJ_1200

“Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir”.

24Xeber.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib:

“Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”.