“KamAZ”a çırpıldı, sürücü hadisə yerində öldü

PbWdpSrmNx1BO82grab4TS6leWoyAXuHWVEnd4q6_1200

Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24Xeber.az  xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü – Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.

Faktla bağlı araşdırma aparılır.