Tanışını bıçaqlayan şəxs saxlanıldı

sGyuPzKENYGbN84Xgvd2qJUHmRQXvcAc4cgm4zpC_1200

Goranboy rayonunda bıçaqlanma hadisəsini törədən şəxs saxlanılıb.

24Xeber.az  “Teleqraf”a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon sakini Fariz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Maarif Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.