Azərbaycan XİN-dən Pakistana dəstək: “Mənfur terror aktlarını pisləyirik”

0
IMG_7415

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

24xeber.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Pakistanın Bəlucistan əyalətində törədilmiş mənfur terror aktlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylimizi ifadə edirik. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin məqamda Pakistan ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə beynəlxalq səyləri qətiyyətlə dəstəklədiyimizi bir daha təsdiq edirik”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir